Tarif soyqırımı ilə bağlı UKRAYNALILARA XƏBƏRDARLIQ

Yanacaq bazarlarında qazın sürətlə artması ukraynalıların cibinə ağır zərbə vuracaq. SİA xəbər verir ki, bu sözləri ukraynalı jurnalist Vladimir Sinelnikov PolitWera YouTube kanalında söyləyib.

Müxbir, qazın qiymət ilə bağlı vəziyyəti Ukrayna üçün fəlakətli adlandırıb. O, bunu ölkənin bazar qiymətləri ilə Slovakiyadan yanacaq alması ilə əsaslandırıb.

Sinelnikov, "Əlbəttə ki, Slovakiya eyni Rus qazını Ukraynaya yenidən satacağı üçün marjını alacaq, buna görə də Slovakiya və Avropa Birliyindən daha bahalı olacaq", deyib.

Jurnalistin dediyinə görə, ukraynalılar artıq "tarif soyqırımı" yaşayır, kommunal xidmətlər üçün cari ödənişlərin öhdəsindən çətinliklə gəlirlər və indi yeni qiymət artımı ilə üzləşəcəklər.

Sinelnikov, "Baş verənlərin yeganə nəticəsi Ukrayna vətəndaşları üçün tariflərin daha da artırılması olacaq", deyə xəbərdarlıq edib.

Xatırladaq ki, yanvarın 1-dən Ukraynada qazın qiymətləri artır və səlahiyyətlilər elektrik enerjisinin ilk yüz kilovatlıq güzəştli tarifini ləğv ediblər. Bununla əlaqədar olaraq ölkənin bölgələrində tariflərin aşağı salınması tələbi ilə etiraz aksiyaları keçirilir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə