Ruslar Polşa və Litvaya hücum etməyə hazırlaşır?

“...Rusiya təcavüzkar ritorikasından hələ də əl çəkmir, hazırda onlar bu dəfə belaruslarla hərbi qüvvələrini sərhədlərə yığaraq, Polşa və Litvaya qarşı hərbi təcavüz hazırlayır”.

Qeyd edək ki, bu fikirləri İngiltərənin “The Sun” nəşri tirajlayıb.

Belə ki, rusların Belarusla birgə “Qərb-2021” hərbi təlimlərinin görüntülərini yayımlayan ingilis nəşri, minlərlə əsgərin, yüzlərlə təyyarənin, vertolyotun, raket qurğusunun və tankın iştirak etdiyini bu təlimlərin müdafiə xarakterli ola bilmədiyini iddia edirlər.

İngilis jurnalistlərnin yazılarında Rusiya hərbi birləşmələrinin Polşa sərhədi - Belarus Bresti yaxınlığında atəş açdıqları da bildirilir.

Qeyd edək ki, bu arada Polşanın “Fakt” portalı bütün bu yaşantıların, əslində, Rusiyanın Polşa və Litva ilə müharibəyə hazırlıqları kimi təqdim etməyə çalışır. Portal keçirilən təlimlərin Polşada belə anıldığını, bu təlimlərin Varşavanın milli təhlükəsizliyinə təhdid sayıldığını bildirir.

Deyim ki, bütün bu yazılanların əsası olmadığını bildirən rus saytları isə “...daha əvvəl Kiyevdə, Rusiyanın Belarus vasitəsilə Ukraynanı işğal etməyi hazırlaşdığını yazırdılar”- deyə bildirirlər.
Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə