2 176 nəfərdə COVID-19 aşkarlanıb - GÜRCÜSTANDA

Gürcüstanda ötən sutkada koronavirusa 2 176 yeni yoluxma faktı qeydə alınıb, 43 nəfər vəfat edib. SİA-nın məlumatına görə, bununla da qonşu ölkədə COVID-19 infeksiyasına yoluxanların ümumi sayı 589 727-yə, ölənlərin sayı isə 8 390-a yüksəlib.

Son 24 saat ərzində 2 838, ümumilikdə isə 554 618 nəfər sağalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə