Rusiyada uşaq evləri ləğv ediləcək?

Bu günlərdə Rusiya təhsil nazirinin müavini Denis Qribov gələcəkdə uşaq evlərindən imtina etməklə uşaqları himayədar ailələrdə böyütməyin mümkünlüyünü bildirib. Nazirlik rəsmisinin sözlərinə görə, bu üsul daha humanist və təsirlidir. Qeyd edək ki, SİA bu barədə TASS agentliyinə istinad edir.

Beləliklə, Qribovun fikrincə, bu gün biz qarşımıza böyük məqsədlər qoymalıyıq. Əslində, uşaqları həm qanlı, həm də himayədar ailələrdə böyütmək təcrübəsi, onun effektivliyini və böyük insanlığını sübut edir: “ …bu gün məqsəd var və bunun reallaşa biləcəyini əsas tutraq, buna doğru getməliyik”…

Xatırladaq ki, bir müddət bundan əvvəl Rusiya Dövlət Dumasının deputatı, “Vahid Rusiya”nın üzvü Svetlana Bessarab Rusiyada əmək miqrantlarının çatışmazlığını necə aradan qaldırmaq barədə təklifini bildirmişdi. Onun fikrincə, bu gün ölkədəki təqaüdçülər Rusiyaya işləmək üçün gələn miqrantları əvəzləməyə yaramırlar, amma orta məktəb məzunlarını bu işə cəlb etmək mümkündür.

Təbii ki, Bessarab orta məktəb məzunları deyərkən, ilk olaraq Rusiyanın müxtəlif bölgələrinə səpilmiş saysız-hesabsız uşaq evlərinin yuxarı sinif şagirdlərini nəzərdə tutduğu heç bir şübhə doğurmur.

Ağasəf

Bütün xəbərlər Facebook səhifəmizdə