“Taliban” nizami ordu yaratmaq qərarına gəlib

“Taliban” üzvləri Əfqanıstanda nizami ordu yaratmaq qərarına gəliblər. Qeyd edək ki, bu barədə Əfqanıstan İslam Əmirliyi Baş Qərargah rəisi Qari Fasihuddin bildirib. Onun sözlərinə görə, “Taliban” “daxili müharibə” istəmir.
Bununla belə o, Müqavimət Cəbhəsini və onun üsyançı tərəfdarlarını məhv etməklə hədələyib. Fasihuddin həmçinin əlavə edib ki, indi Əfqanıstanda "ölkəni qorumaq" üçün vətəndaşların hərbi təlim sistemini hazırlayırlar.

Bia daha xatırladaq ki, bu ilin avqust ayında “Taliban” hökumət qüvvələrinə qarşı hücumlarını gücləndirərək avqustun 15-də Kabula girdi və sentyabrın 6 -da Pəncşirin Əfqanıstan əyalətlərinin nəzarətinə keçən sonuncu olduğunu elan etdi.

Ağasəf

Bütün xəbərlər Facebook səhifəmizdə