Liz Tras, Böyük Britaniyanın yeni xarici işlər naziri olub. SİA xəbər verir ki, bu barədə İngiltərə Baş Nazirliyindən məlumat yayılıb.

Məlumatda qeyd olunur ki, Liz Tras bu vəzifəni ondan əvvəl icra edən Dominik Raabın yerinə təyin edilib.
Bildirilir ki, Tras Beynəlxalq Ticarət Naziri olub.

"Elizabet Tras Xarici İşlər və Beynəlxalq İnkişaf üzrə Dövlət Katibi təyin edilib. O, həmçinin Qadın və Bərabərlik üzrə Dövlət Katibi olaraq qalacaq", deyə qeyd olunur.

Raab baş nazirin müavini, Ədliyyə Naziri və Xəzinə Lordu təyin edilib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə