Polşa Rusiya qazından imtina vaxtını bildirdi

“...Polşa 2023 -cü ildən etibarən Rusiya qazından tamamilə imtina etmək niyyətindədir”. “Euractiv” xəbər verir ki, bu fikirləri Polşa hökumətinin strateji enerji infrastrukturu üzrə nümayəndəsi Piotr Naimski bildirib.

Qeyd edək ki, Polşa hakimiyyəti 2022 -ci ilin oktyabrından etibarən istifadəyə veriləcək Baltik Boru qaz kəmərinin tikintisinin başa şatmasını gözləyir.

Naimskinin sözlərinə görə, bundan sonra Varşava Rusiya “Qazpromu”

ilə müqaviləni yeniləməyəcək.

Buna baxmayaraq, Polşa qaz istehlakını artırmaq niyyətindədir. Belə ki, Naimski, “Polşada istifadə edəcəyimiz qazın həcmi 2030 -cu ildə və ya ondan da qısa müddət sonra təxminən 50 faiz artacaq”-deyə bildirir. Bəli, Polşa ölkəsinə qaz idxalını Rusiya qazından imtina etmək hesabına artırmaq istəyir. Necə?

Xatırladaq ki, 2020 -ci ilin yazında Polşada Baltik Borusunun inşasına başlanılıb. Bu layihə üç mərhələni nəzərdə tutur: Norveç və Danimarka qaz ötürmə sistemlərinin birləşdirilməsi, Danimarkanın infrastrukturunun genişləndirilməsi və Polşa ilə Danimarkanı Baltik dənizinin dibi boyunca birləşdirəcək Baltik Borusunun inşası.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...