“Qüdrətli bir Türkiyənin silueti artıq üfüqdə görünür”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaradakı Prezident kompleksində çıxışı zamanı böyük və qüdrətli bir Türkiyənin siluetinin artıq üfüqdə olduğunu söyləyib.

Onun sözlərinə görə Türkiyəni dünyanın ən böyük 10 iqtisadiyyatından birinə çevirəcəyimizi söylədikdə, bunu təkcə bu və ya digər kateqoriyalı insanlar üçün deyil, ölkənin bütün vətəndaşları üçün – sadə işçilərdən məmurlara, sənətkarlardan təqaüdçülərə qədər deyirik.

... Türkiyə inkişaf etdikcə və gücləndikcə ölkə vətəndaşlarının rifah səviyyəsi də artacaq: “Böyük və qüdrətli Türkiyənin silueti artıq üfüqdə görünür. Bir millət olaraq birliyimizi, bərabərliyimizi və qardaşlığımızı qəti şəkildə müdafiə etdiyimiz müddətdə heç kim bu məqsədə çatmağımıza mane ola bilməyəcək” .

Qeyd edək ki, Ərdoğanın bu fikirlərini “Anadolu” agentliyi sitat kimi gətirb.

Sonda Türk dövlət başçısı Türkiyənin hazırda bir tərəfdən çoxəsrlik itkilərini tamamladığını, digər tərəfdən də əminliklə parlaq gələcəyə baxaraq bir dövrün astanasında olduğunu vurğulayıb.

Ağasəf

Bütün xəbərlər Facebook səhifəmizdə