Tixanovskaya Makrona müraciət etdi

Belarus prezidentliyinə keçmiş namizəd Svetlana Tixanovskaya Fransa prezidenti Emmanuel Makronu respublikanı böhrandan çıxarmağa çağırıb. SİA xəbər verir ki, bu barədə argumenti.ru portal məlumat yayıb.

Məlumata görə, Belarus müxalifətinin lideri sentyabrın 15 -də Parisə səfər etməyi planlaşdırır.

"Fransaya və onun prezidenti Emmanuel Makrona müraciət edirəm, əminəm ki, hamımıza, avropalılara və belaruslara təsir edən bu böhrandan çıxmaq üçün bütün maraqlı tərəflər arasında dialoq qura bilərəm.", deyə

Tixanovskaya Fransanın" Ouest-France" qəzetinin köşəsində yazıb.

Tixanovskayaya görə, Fransa böyük diplomatik imkanlara malikdir, eyni zamanda ən nüfuzlu beynəlxalq qurumlarda səs vermək hüququna sahibdir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...