Facebook qanunsuz məlumatları silməkdən imtina etdiyi üçün cəzalandırıldı

Moskvada dünyanın ən böyük sosial şəbəkəsi Facebook mühakimə edilib. İş materiallarına görə, sosial şəbəkə qadağan olunmuş məlumatları silməkdən imtina edib.

Moskva şəhərinin Taqanski Məhkəməsinin məlumatlarına görə, "məlumat əldə etmənin məhdudlaşdırılması prosedurunun pozulması" maddəsi ilə sosial şəbəkəyə qarşı 5 inzibati iş qaldırılıb.

"Məhkəmənin qərarı ilə günahkar 21 milyon rubl məbləğində inzibati cərimə cəzasına məhkum edilib", - məhkəmənin mətbuat xidməti bildirir.

Məhkəmə həmçinin əlavə edib ki, Teleqram və Tvitter şəbəkələri də oxşar cinayətlərə görə məsuliyyət daşıyacaqlar.

Elçin

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...