“Zatulinə səs verənlərə çox ehtiyacımız var...”

“...Uzun illər idi ki, rusların “Qolos” radiostansiyası əyləncəli şou proqramı olsa da, karımıza gəlirdi. Rusiyadakı bir çox erməni icması ilə əlaqə saxlayır və həmişə milli seçkilərdən əvvəl insanları Ermənistan və “artsax”ın dostlarına səs verməyə çağırırdıq. 44 günlük müharibə ilə tifaqımız dağılıb “artsax”ın yarıdan çoxunu əldən verəndən sonra “Qolos” radiostansiyasının müraciətlərinə bənzər müraciətlərə indi daha çox ehtiyacımız var”. Bunu ermənilər deyirlər.

...Ədalət naminə etiraf etmək lazımdır ki, 2018-ci ilin yazında hakimiyyət dəyişikliyi bəzi erməni diasporalarını “müvəqqəti olaraq” parçaladı, ancaq müharibədən sonra məlum oldu ki, əslində Rusiyaya qarşı antiinasiyaya töhfə verən elə Ermənistanın indiki hökumətir. Yəni, sən demə, Paşinyan hökumətinin rus duyğularının “parçalanmasında da” əli varmış.

Belə görünür ki, Nikol siyasətdə “burnundan uzağı” görmürmüşin birisiymiş. Çünki, hələ də oturub nəyi isə gözləyir. Bu dəqiqə, Rusiyada Dövlət Dumasına seçkilərlə bağlı gərgin iş gedir. Biz ermənilər Ermənistanın, lap elə “artsax”ın da Rusiya Dövlət Dumasında oturub ermənilərin “haqq işini” müdafiə edəcək deputatlara ehtiyac olduğunu nlamalıyıq. Amma, deyəsən, bunu da bizə çox görənlər var.

Məsələn, TASS-ın baş direktorunun birinci müavini, Rusiyanın siyasi dairələrində Bakının əsas lobbiçisi kimi tanınan Mixail Qusman ermənilərin yaxın dostu Konstantin Fedoroviç Zatulinin Dövlət Dumasına seçilməsinin qarşısını almaq üçün hər cür səy göstərir(7). Özü də eşitdiyimizə görə, Zatulindən fərqli olaraq, pulsuz-parasız... Əslində bizim buna heç inanmağımız gəlmir.

Yəqin, yadınızda olar, vaxtilə akademik Andrey Saxarov arvadı erməni əsilli Yelena Bonnerin təhriki ilə də olsa, Rusiya Dumasında biz erməniləri müdafiə edirdi. Bu gün isə Konstantin Zatulinin bir növ onun davamçısı kimi, Rusiya Dövlət Dumasında ermənilərin “haqq-ədalət” işini müdafiə edənlərdən biridir.

Amma, məsələ bundadır ki, hazırda əhalisinin 25 faizinin ermənilərdən ibarət olduğu Soçidə vəziyyət elə də ürəkaçan deyil. Deyirlər, guya Zatulinin topladığı imzaların yarısı saxta şıxıb. Bu necə ola bilər axı... Filan qədər pul tök, axırda da imzalar saxta çıxsın?

Məsələ bundadır ki, “...19 sentyabr seçkiləri kollektiv Qərbin güclü təzyiqi altında keçiriləcək. Söhbət ənənəyə görə şəffaflığa və ifadə azadlığına riayət olunmasını izləyəcək beynəlxalq müşahidə missiyalarından yox, Qərbin xüsusi xidmət orqanlarının göstərişi ilə seçkiləri gözdən salmağa başlayan 40 min saxtadan gedir”.

Deyim ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu bəyan edib.

...Burada bir daha xatırladaq ki, keçən ayın ortalarına qədər Soçidə birmandatlı seçki dairəsinin seçki komissiyasına 14 millət vəkili namizədi tərəfindən seçkilərə qatıldığı bildirirdi. Onlardan 3 nəfəri fərdi, 11 nəfəri isə siyasi partiyalardan olanlardır ki, “ermənilərin sevimlisi” Konstantin Fedoroviç Zatulin də 11-lərin sırasındadır.

Onu da deyim ki, “ermənilərin bəxtindən” bu dəfə Zatulin üçün elə də asan olmayacaq. Çünki bu dəfəki alternativlər elə də zəif deyillər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...