3 221 nəfər koronavirusa yoluxub - GÜRCÜSTANDA

Gürcüstanda ötən sutkada koronavirusa 3 221 yeni yoluxma halı təsdiqlənib, 2 990 nəfər müalicə olunaraq sağalıb. SİA-nın verdiyi məlumata görə, son 24 saat ərzində daha 54 pasiyent vəfat edib.

Hazırkı dövrədək qonşu ölkədə 585 036 nəfərin COVID-19 infeksiyasına yoluxduğu müəyyən edilib. Onların 548 951-i sağalıb, 8 287-si ölüb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...