Səudiyyə Ərəbistanı-Amerika münasibətləri...

“...Səudiyyə Ərəbistanı-Amerika münasibətlərindəki mövcud vəziyyəti son qırılma adlandırmaq olmaz. İki ölkə, fikirləri nə qədər fərqlənsə də, parçalanmağa icazə verməyəcək. Əksinə, bu gün dövlətlər fikir ayrılıqlarını həll etməyə və münasibətləri yenidən qurmağa, maraqları qoruyacaq və bir -birlərinin narahatlıqlarını nəzərə alacaq şəkildə yenidən qurmağa çalışırlar”.

Deyim ki, bu fikirlər Qərb mətbuatına istinad edən rus saytlarından birində yer alıb. Qeyd edək ki, bu gün Ər-Riyad və Vaşinqton arasında bir sıra məsələlərdə yaranmış siyası fikir ayrılıqları Baydenin Ağ Evə gəlişi ilə əlaqəli deyil.

Məsələ ondadır ki, Qərb mətbuatının yazdıqları bu olsa da, onun idarəsi və partiyası Şahzadə Məhəmməd ibn Salmanla ziddiyyət təşkil etdiyi aydın idi. Qeyd edək ki, bu fikir ayrılıqları təxminən iyirmi il əvvəl açıq şəkildə ortaya çıxmağa başlamışdı. 80 ildən çoxdur ki, neftlə zəngin olan krallıq və əsas enerji mənbəyi seçki yarışının mərkəzində idi və Amerikada iki hakim partiya arasında fikir ayrılığına səbəb olmuşdu.

Hər yeni rəhbərlik, krallıqla münasibətlərin necə qurulacağını bilməməsi səbəbiylə ilk bir neçə ay ərzində Ər -Riyadla olan əlaqələrinə görə büdrəmişdi.

Qeyd edək ki, bu gün amerikalılar, Səudiləri diqqətsiz kimi görünən, lakin qarşılaşdıqları təhdidlərdən xəbərdar olan etibarlı ortaqlar, mədəni və ağıllı siyasətçilər olaraq görürlər. Səudilər qarşıdurma vaxtı gəldikdə, dostları ilə dost, amma düşmənləri ilə son dərəcə sərtdirlər.

Rus saytı burada Kral Əbdüləzizin bir deyimini xatırladır: “...Mənim əsas prinsipim heç vaxt təcavüzə başlamamaqdır. Gücüm olduğu müddətcə dözürəm və sonra ölümcül bir zərbə vururam”.

Deyim ki, saytın sonrakı nümunələri də bu qəbildəndir:

... Kral Fəhd, ABŞ səfirini Vaşinqtonu maraqlandırmayan işlərə müdaxilə etdiyi üçün ölkədən qovdu.

...Kral Fəhd heç kimə fikir vermədən ehtiyac duyduğu silahları Çindən aldı.

...1980 -ci illərin əvvəllərində "pis niyyətli" bir film yayımladığına görə ingilislərlə əlaqəni kəsdi.

...Faysal Qərbə neft tədarükünü dayandırdı və Misir üçün silah aldı. ...Kral Səud müstəqillik uğrunda mübarizədə Əlcəzairlilərə və Tunislilərə fransızlara qarşı dəstək verdi.

...Kral Əbdül-Əziz İngilislərə qarşı çıxdı və Səudiyyə Ərəbistanı ərazisini icarəyə verməkdən imtina etdi (Xatırladaq ki, Böyük Britaniya, vaxtında Hong Kong kimi Səudiyyənin şərq əyalətini də 99 il müddətinə icarəyə götürməyi təklif etmişdi).

“...Bəzi müdrik insanlar, iki müttəfiqin qarşılıqlı maraq kəsb edən bir bölgədə birlikdə çalışa biləcəyinə və əlaqələrin tamamilə kəsiləcəyinə inanmadıqlarına baxmayaraq, Ağ Ev atəşlə oynadığını anlamalıdır. Məhsulları yandırmaq üçün 80 illik bitkilər də məhv edilə bilər”.

Deyim ki, bu da rus saytının qənaətidir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə