Rusiyanın “Moskovski Komsomolets” nəşrinin yadığın görə, işçi çatışmazlığı səbəbindən Moskvadakı miqrantların maaşları iki dəfə artıb.
Bu gün Moskva meriyasının hesablamalarına görə, paytaxtın təqribən 200 min miqranta ehtiyaçı var. Qeyd edək ki, təkcə, sentyabr ayının ilk ongünlüyündə, Moskvanın müxtəlif bölgələrindəki “Jilişnik” Dövlət büdcəsi ümumi təhsil saytlarından birində 10 -dan çox vakant yer ortaya çıxıb.Verilən məlumata görə, texniki işçilərə 35 min rubl, qulluqçulara - 47 min rubldan, ustalara - 61 min rubldan, yol işçilərinə - 40 min rubldan maaş təklif olunur.
Bu gün Rusiya Miqrantlar Federasiyasının prezidenti Vadim Kojenov son iki rüb ərzində miqrantların maaşlarının 100 faizə qədər artırıldığı bildirir.
“...İşə fərqli yanaşma səbəbindən miqranta daha çox üstünlük verilir. Son iki rüb ərzində qiymətlərimiz təxminən 100 faiz artıb. Məsələn bu gün Rusiyada inşaat sahələrində çalışanlara 100 min rubla qədər ödəyirlər, kuryer və taksi sürücüləri isə 60-80 min rubl alırlar”-deyən ”deyən Kojenovun fikrincə, təkcə son bir ay ərzində Rusiyadakı miqrantlar öz ölkəlırinə 720 milyondan artıq dollar göndəriblər.
Maraqlıdır ki, Miqrant İşçilər Həmkarlar İttifaqının sədri Renat Kərimov isə yaxın xaricdən gələn işçilərin maaşlarının artırılmasını təbii bir proses kimi xarakterizə edir. Onun fikrincə, Rusiyaya işləməyə gələn hər bir işçiyə təkcə rahat yataqxana deyil, həm də müasir səviyyədə maaş verilməlidir. Kərimovun fikrincə, bu ən aşağı halda 70 min rubldan başlamalıdır.
Xatırladaq ki, bir müddət bundan əvvəl Dövlət Dumasının deputatı Aleksey Juravlev Rusiya hakimiyyətini miqrantların hər hansı cinayət təzahürünə sərt reaksiya verməyə çağırmışdı. Onun fikrincə, mövcud Cinayət Məcəlləsi elə dəyişdirilməlidir ki, əcnəbi cinayətkarlar Rusiya vətəndaşlarından daha ağır cəzalandırılsın. O, Rusiya yaşayış məntəqələri xaricində bütün miqrant işçilərin xüsusi təşkil edilmiş əmək düşərgələrinə aparılmasını təklif edirdi. Rus deputatın fikrincə, miqrantların əmək müqaviləsi bitdikdən sonra onlar dərhal Rusiyanı tərk etməlidirlər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB