HƏMAS-ın mövqelərinə zərbələr endirib

HƏMAS-ın mövqelərinə zərbələr endirib

İsrail ordusu Qəzza zolağında HƏMAS-ın mövqelərinə zərbələr endirib.

Bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidmətindən bildiriblər.

Məlumata əsasən, zərbələr daha əvvəl Qəzza zolağından İsrail ərazisinə raket atılmasına cavab olaraq həyata keçirilib.

Qeyd edək ki, son 3 gündür ki, Qəzza zolağından İsrail ərazisinə raketlər atılır. Son dəfə ötən gün axşam saatlarında İsrail ərazisinə raket atılıb. Bütün raketlər "Dəmir Günbəz" hava hücumundan müdafiə sistemi tərəfindən vurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə