Kreml inteqrasiyanın mahiyyətini “izah edir”…

...bu, “birləşmək deyil”, “iki xalqı qazanmaq”dır
Kreml inteqrasiyanın mahiyyətini “izah edir”…

“Rusiya ilə Belarusiyanın siyasi inteqrasiyası nəzəri cəhətdən mümkündür. Ancaq hazırda bu barədə heç bir söhbət yoxdur”. Qeyd edək ki, bu fikirləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Kremlin Belarusiya ilə inteqrasiyasının mahiyyətini izah edərkən bildirib. Onun sözlərinə görə, bu, iki ölkənin maraqlarına cavab verərsə, nəzəri olaraq mümkündür.

Qeyd edək ki, Kreml sözçüsü, iki dövlətin başçıları Vladimir Putin və Aleksandr Lukaşenkonun sentyabrın 9 -da Kremldəki danışıqlardan sonra dediklərini də xatırladıb.

Peskovun sözlərinə görə, “sonrakı siyasi inteqrasiya mifi haqqında kifayət qədər ətraflı danışdılar”. Bundan əlavə, Putin və Lukaşenkonun Avropa Birliyi ilə yaxşı əlaqələr qurmaqda maraqlı olduqlarını qeyd edən mətbuat katibi bu halda Brüsselin siyasi iradəsinə də ehtiyac olduğunu bildirib.

Belarusun “ONT” telekanalına verdiyi müsahibədə Peskov, “Ölkələrimizin liderlərinin dünyanın bütün dövlətləri ilə yaxşı əlaqələr qurmaqda maraqlı olduqlarına əminəm”-deyə bildirib.

O, həmçinin Rusiya və Belarus Birlik Proqramlarında hər iki ölkənin xalqlarının həyatını yaxşılaşdırmağa yönəlmiş tətbiqli həllər olduğunu da bildirib.

Peskovun sözlərinə görə, onlarda heç bir gizli təhdid yoxdur. Onun fikrincə, inteqrasiyanın mahiyyəti “birləşmək deyil”, “iki xalqı qazanmaq”dır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə