“Taliban” hələ də qadın idmanı ilə nə edəcəyini bilmir

Əfqanıstan Kriket (əlaqəsiz komanda idmanı) Federasiyasının yeni rəhbəri Əzizullah Fəzli bu gün “Taliban”ın qadın idmanı ilə nə edəcəyinə, yəni icazə verib -verməyəcəyinə qərar vermədiyini bildiribb.

Belə ki, “TOLOnews”un Əfqanıstan telekanalına istinadən verdiyi məlumata görə, Fəzli ölkədə qadın kriketinin taleyini müzakirə edərkən taliblərin qərarsızlığından da bəhs edib.

Xatırladaq ki, çərşənbə günü “Taliban” Mədəniyyət Komissiyası başçısının müavini Əhmədullah Vasik Əfqanıstanda qadınların kriket də daxil olmaqla idmanla məşğul olmasının qadağan ediləcəyini bildirmişdi.

(“Kişi” onu da əsas da gətirmişdi ki, oynayan qadınlar foto və videolarda, sonradan “talibanlı kişilərə” göstəriləcək? Belə yaramaz!)

O, əlavə edib ki, Əfqanıstanda qadınlara indi yalnız lazım olduqda evdən çıxmağa icazə verilir və idmanın bununla heç bir əlaqəsi yoxdur.

Ağasəf

Bütün xəbərlər Facebook səhifəmizdə