Rusiya Tacikistana 12 zirehli maşın və bir çox hərbi texnika göndərib.
Bu barədə Tacikistan Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlikdən bildirilib ki, Tacikistanın cənub sərhədi yaxınlığında qeyri-sabitliyin artması fonunda ölkənin təhlükəsizliyini təmin etmək üçün Rusiya ilə əməkdaşlıq edilir.
Qeyd olunub ki, BRDM-2M zirehli texnikaları, yaxın döyüş sistemləri və qoruyucu vasitələr daxil olmaqla hərbi texnikaların ötürülməsi Tacikistanın hərbi imkanlarını modernləşdirəcək və əhəmiyyətli dərəcədə artıracaq.
ABŞ və beynəlxalq koalisiya qüvvələrinin Əfqanıstandan çıxarılması ilə paralel “Taliban” hərəkatının ölkəni ələ keçirməsi qonşu dövlətləri narahat etməyə başlayıb.
Xatırladaq ki, Rusiya Türkmənistan və Tacikistan sərhədinin bir qisminin Taliban qüvvələri tərəfindən ələ keçirilməsindən sonra, bu ölkələrə hərbi yardım edəcəyini açıqlamışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB