““Taliban”nın yaratdığı hökuməti tanımayın...”

““Taliban”nın yaratdığı hökuməti tanımayın...”

Dünya birliyi “Taliban” tərəfindən yaradılan Əfqanıstan hökumətini tanımaqdan imtina etməlidir. Bunu “İnterfaks”-a

türkdilli əfqanların lideri marşal Əbdül Rəşid Dostum söyləyib.

“Beynəlxalq ictimaiyyəti və bütün qonşularımızı, xüsusən şimal və şimal -qərb qonşularımızı, kabinetinin tanınmış qlobal terrorçulardan ibarət bir dövlət olan Əfqanıstandakı terrorçu dövləti tanımağa tələsməməyə çağırıram”, - Deyim ki, Dostum bunu öz “Twitter” səhifəsində yazıb.

O, əlavə edib ki, əgər yaxın günlərdə humanitar yardım Pəncşirə çatdırılmazsa, bu halda böyük bir fəlakət qaçılmaz olacaq.

Dostum BMT-dən Pəncşirdəki vəziyyət haqqında susmağı dayandırmağı və üsyançı əyalətin əhalisinə təcili humanitar yardım göstərməyə başlamasını istəyib.

Xatırladaq ki, Əfqanıstanda hakimiyyəti ələ keçirən yaraqlılar daha əvvəl hökumətlərinin tərkibini elan etmişdilər. Qeyd edək ki, bura beynəlxalq birliyin sanksiyası altında olan 33 nəfər daxildir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə