“Ukrayna üçüncü dünya müharibəsi şəraitində yaşayır”

“Ukrayna üçüncü dünya müharibəsi şəraitində yaşayır”

Ukraynanın Avropa və Avroatlantik inteqrasiyası üzrə Baş nazir müavini Olqa Stefanişina bu gün ukraynalıların üçüncü dünya müharibəsi şəraitində yaşadıqlarını bildirib. Maraqlıdır ki, bütün olanlarda Rusiyanı günahlandıran Stefanişina ölkəsində hər şeyin 2014-ğü ildə-Rusiyanın Krımı zəbt etdikdən sonra başlandığını bildirir.

Onun sözlərinə görə, Ukrayna xalqı bu gün, əslində, yeni bir üçüncü dünya müharibəsi- insanların kütləvi şəkildə məhv edilməsi ilə əlaqəli olmayan bir hibrid müharibəsi vəziyyətindədir.

Bütün bu yaşantılarda günahkar kimi Rusiyanı görən nazir müavini Qərb ölkələrini Kremlin hərəkətlərinə qarşı çıxmağa çağırır: “...2014 -cü ildən bəri bütün sivil dünya yekdilliklə bu müharibəni qınayır, lakin sonra Rusiya bu birliyi pozmaq üçün ayrı addımlara əl atdı”.

... Xatırladaq ki, Krım 2014 -cü ildə Rusiya bölgəsinə çevrildi. Sonra yarımadada referendum keçirildi. Krım və Sevastopol sakinlərinin böyük əksəriyyəti Rusiyaya qoşulmağa səs verdi. Buna baxmayaraq, Ukrayna hələ də Krımı müvəqqəti işğal edilmiş ərazisi hesab edir. Bunu isə ruslar, onların saytları deməklə, bir növ, ğzlərini haqlı saymağa çalışırlar.

Qeyd edək ki, bir müddə bundan əvvəl Rusiya ilə genişmiqyaslı müharibə ehtimalı olacağını bildirən Ukrayna prezidenti Vladimir Zelenski iki ölkə arasında baş verə biləcək hərbi toqquşmanı Rusiyanın ən böyük səhvi kimi dəyərləndirmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə