Media işçilərinin etiraz aksiyası başlayıb KİYEVDƏ

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının sanksiyaları tətbiq edilən media işçiləri Kiyevdə Yalta Avropa Strategiyası forumunun keçirildiyi Bədii Arsenal binasının yaxınlığında etiraz aksiyası keçirirlər. SİA xəbər verir ki, bu barədə yerli Strana UA nəşri məlumat yayıb.

"112 Ukrayna, NewsOne və ZIK telekanallarının və işi dayandırılan digər KİV-lərin onlarla əməkdaşı, bu gün Yalta Avropa Strategiyasının reallaşdığı Bədii Arsenalın yaxınlığında etiraz aksiyası keçirirlər", deyə nəşr Telegram kanalında yazır.

Mətbuata qarşı sanksiyaların, söz azadlığına qarşı mübarizəyə çevrildiyinin bir əlaməti olaraq bəzi etirazçıların ağızları möhürlənmişdir. Əllərində olan plakatlar isə ingilis dilində çap olunub.

"Bu gün bu forumda iştirak edən Ukraynalı avropalı tərəfdaşların diqqətini Ukrayna prezidenti Vladimir Zelenskinin səhv yolla getdiyinə yönəltmək üçün gəldik. Ukraynada telekanallar və saytlar bağlanır. Zelenski məlumat sahəsini təmizləmək istəyir, və bunun üçün bütün mətbu orqanları bağlamalıdır. Zelenski diktatora çevrilir", deyə qəzet aksiya iştirakçısından sitat gətirib.

Xatırladaq ki, bir qədər əvvəl Zelenski, 112 Ukrayna, NewsOne və ZIK telekanallarına və Ali Radanın Müxalifət Platformasından - Həyat Üçün Fraksiyasından olan millət vəkili Taras Kozaka qarşı beş il müddətinə sanksiyaların tətbiqi ilə bağlı qərarını qüvvəyə mindiyini elan edib. Qeyd edək ki, sanksiyalara məruz qalan telekanallar hakimiyyətə müxalifdir, Müxalifət Platforması - Həyat Üçün Partiyasının siyasi şurasının sədri Viktor Medvedçukla əlaqəlidirlər. Diqqətə çatdıraq ki, partiya bu qərarı pisləyib və bunu ölkədə diktaturanın və söz azadlığının pozulmasının təzahürü adlandırıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə