Rusiyada son sutka ərzində daha 18 891 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub. SİA “RİA Novosti”yə istinadən bildirir ki, ölkədə COVID-19-a yoluxanların sayı 7 121 516 nəfərə çatıb.
Ötən gün Rusiyada 796 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 191 961 nəfərə çatıb. İndiyədək 6 375 160 xəstə sağalıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB