Ukraynada son sutka ərzində 183 min 527 nəfər koronavirus əleyhinə vaksinasiyadan keçib. SİA xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi "Facebook"da məlumat yayıb.
Qeyd edilir ki, ümumilikdə vaksinasiya proseslərinin başlanmasından bəri təxminən 10,6 milyon peyvənd vurulub.
"Dünən gündəlik peyvənd rekordu yenilənib. 71.388 nəfər birinci dozanı vurdurub, tam immunizasiyadan isə 112.139 nəfər keçib", - məlumatda deyilir.
Qeyd edək ki, Ukraynada son sutkada koronavirusdan 69 ölüm hadisəsi qeydə alınıb.
Müəllif: Aysel Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB