Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkəsinin Əfqanıstandakı humanitar problemləri həll etmək üçün “Taliban”la təmas qurmağa hazır olduğunu söyləyib.
O sabit və suveren Əfqanıstanın qonşuları ilə də sülh şəraitındə yaşamalı olduğunu bildirib.
“Bu gün biz bu ölkənin üzləşdiyi kəskin humanitar problemləri həll etmək üçün yeni hakimiyyət orqanları ilə konstruktiv işgüzar əlaqələr qurmağa hazırıq”-deyə Tokayev bildirib.
Qazaxıstan Prezidenti onu da xüsusi olaraq bildirib ki, dünya bu dönüş nöqtəsində Əfqanıstandan üz döndərməməli, onu mövcud problemlərlə tək qoymalıdır: "Əksinə, biz iqtisadi və davamlı inkişaf ideyasını Əfqanıstanla bağlı gələcək bütün hərəkət və planlarına inteqrasiya etməliyik"- deyə Qazaxıstan Prezidenti bildirib.
Ağasəf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB