Hücumda ölən daha iki nəfərin kimliyi məlum olub

Nyu-York Siti Baş Prokurorluğu, 11 sentyabr hücumlarından 20 il sonra daha iki qurbanın adının müəyyən edildiyini açıqlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, qurbanlardan birinin Dorothi Morgan olduğu, digərinin kimliyi isə ailənin istəyi ilə gizli saxlanıldığı bildirilib. Morqanın cəsədi 2002-ci ildə bir DNT testi ilə, digər qurban üçün isə 2002 və 2006-cı illərdə testlər edildiyi bildirilib. Morqan və adı açıqlanmayan şəxs, 11 sentyabr hadisələrindən sonra tanınacaq 1646 və 1647 qurbanları oldu. Nyu-Yorkun baş mühakimi Barbara Sampson, 20 il əvvəl Dünya Ticarət Mərkəzinin qurbanlarının ailələrinə itkin düşənlərin kimliyini müəyyənləşdirmək üçün əllərindən gələni edəcəklərini vəd etdiyini söylədi. Nyu-York Siti 11 sentyabr hücumlarının 20-ci ildönümünə hazırlaşarkən, hücumlarda həyatını itirən 1106 adamın kimliyi hələ müəyyən edilməmişdir.

Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə