"…2001-ci ilin sentyabrında Nyu-Yorkda həyata keçirilən terror aktından sonra qlobal terrorizm çox inkişaf edib”. Bunu Rusiya xarici işlər nazirinin müavini Oleq Syromolotov deyib.
Onun sözlərinə görə, həmin terror aktından nə qədər vaxt keçməsinə baxmayaraq, bu gün də terror təhlükəsinin kəskin şəkildə inkişaf etdiyini inkar etmək son dərəcə çətindir. Çünki bu gün ölkələrin göz ardı edə bilməyəcəkləri yeni çağırışlar ortaya çıxmaqdadır.
…Silahlılar terror hücumları hazırlayıb və həyata keçirmək üçün pilotsuz uçan aparatlardan da istifadə etməyə başlayıblar, cəzaçəkmə müəssisələrində işə qəbulu gücləndirirlər, müasir informasiya və kommunikasiya texnologiyalarından istifadə edərək radikal ideyaların təbliğatını başladıblar…
Rusiyalı məmura görə, bu gün terrorçular yeni maliyyə mənbəyi əldə etməkdə də elə bir çətinlik çəkmirlər.
Syromolotov Rusiyanın bütün bunları nəzərə alaraq, bu sahələrdə həm ikitərəfli formatda, həm də müxtəlif beynəlxalq platformalarda çoxşaxəli əməkdaşlıq həyata keçirdiyini, ölkəsinin bu sahədə ən əhəmiyyətli iştirakçılarından biri olduğunu bildirib.
Ağasəf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB