“Əfqanıstan hökumətində qadınlar da çalışacaq”

“Əfqanıstanın “Taliban” hökumətinin qadınlar üçün də vəzifələri olacaq”

Qeyd edək ki, bunu Rusiyada qadağan edilmiş “Taliban” terror hərəkatının sözçüsü Zabiullah Mücahid bildirib.

"Bu hökumət müvəqqətidir. Şəriət qanunlarına uyğun olaraq qadınlar üçün vəzifələrimiz olacaq. Bu başlanğıcdır, amma qadınlar üçün bir yer tapacağıq. Onlar hökumətin bir hissəsi ola bilərlər. Bu, bizim fəaliyyətimizim ikinci mərhələsində olacaq” Bildirək ki, bu barədə Fransanın “BFMTV” telekanalı məlumat yayıb.

Ağasəf

Bütün xəbərlər Facebook səhifəmizdə