Bu gün Əfqanıstanın Məzari-Şərif şəhərində kiçik bir qrup amerikalı və yüzlərlə başqa ölkənin vətəndaşları olan təyyarələr yola düşməyə hazırdır, lakin ABŞ öz ölkəsindəki təhlükəsizlik problemlərinə görə onları öz bazalarında qəbul edə bilmir.
Qeyd ed ək ki, Ağ Evin mətbuat katibi Kris Miqerin bildirdiyinə görə, təyyarələrin ABŞ hərbi bazalarına enməsindən əvvəl onun sərnişinlərinin vətəndaşlığı, ABŞ səlahiyyətlilərinə məlum olmayan sərnişinlərin təhlükəsizliyi üçün yoxlanılmalı olduğunu bildirib.
Bu ərəfədə ABŞ Dövlət katibi Entoni Blinken isə “Taliban”ın təyyarədəki bəzi sərnişinlərin lazımi sənədlərə malik olmadığı bəhanəsi ilə çarter uçuşlarına icazə vermədiyini bildirib.
Öz növbəsində Ağ Evin mətbuat katibi Ceyn Psaki brifinqdə ABŞ -ın uçuşların qadağan edilməsi ilə heç bir əlaqəsi olmadığını və bəzi təyyarələrin hələ də Əfqanıstanı tərk edə bilmədiyini deyib.
Ağasəf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB