“Taliban”dan keçmiş əfqan məmurlara çağırış

“Taliban”dan keçmiş əfqan məmurlara çağırış

...Bu arada “Taliban” tərəfindən təyin olunan Əfqanıstanın müvəqqəti Nazirlər Kabinetinin sədri Məhəmməd Həsən Axund, sabiq hökumətin keçmiş məmurlarına ölkəyə qayıtmaları üçün müraciət edib.

Qətərin “Əl-Cəzirə” telekanalı xəbər verir ki, Axund ifadəsində keçmiş məmurları "təhlükəsizliyinə və rifahına töhfə vermək üçün vətənlərinə dönməyə" dəvət edir və onlara yeni səlahiyyətlilərdən təhlükəsizlik zəmanəti vəd edir.

Xatırladaq ki, bundan əvvəl, Axund diplomatlara, səfirlik işçilərinə və humanitar təşkilatların nümayəndələrinə təhlükəsizlik zəmanətləri də vermişdi. O, açıqlamasında bildirib ki, yeni Əfqanıstan hakimiyyəti "bölgənin bütün ölkələri və ondan kənarda müsbət və davamlı əlaqələr qurmaq" niyyətindədir.

Onu da xatırladaq ki, daha əvvəl Ağ Ev Əfqanıstanda hakimiyyəti ələ keçirən “Taliban”ın “dünya ictimaiyyətində hörmətə layiq olmadığını” bildirmişdi.

Ağasəf

Bütün xəbərlər Facebook səhifəmizdə