“Mənim şərəfim var” parlament fraksiyasının üzvü Tiqran Abramyan şəxsi “Facebook” səhifəsində baş nazir Nikol Paşinyanın sentyabrın 21-də Respublika Meydanında Ermənistanın müstəqilliyinə, təhlükəsizliyinə, suverenliyinə və s. həsr olunacaq “geniş və rəngarəng” bayram şənliyi ilə bağlı səsləndirdiyi fikrinə münasibət bildirib. Əslində buna münasibət demək də düzgün olmazdı. Çünki, Abramyan Nikolun “geniş və rəngarəng” kimi təqdim etdiyi bayram şənliyini 44 günlük müharibə dövründə ölən ermənilərə qarşı “hörmətsizlik kimi” dəyərləndirib.
Onun sözlərinə görə, hətta bütün siyasi nüansları kənara qoysaq belə, bu cür davranış mövcud hökumətin və şəxsən onun lideri Nikol Paşinyanın mənəvi və insani görünüşünün canlı təsdiqidir.
“…Siyasi baxımdan, Ermənistanın müstəqilliyi, suverenliyi və təhlükəsizliyindən danışmaq, yumşaq desək, səhvdir. Çünki bu gün ölkədə təhlükəsizlik yoxdur, suverenlik çoxdan çat verərək çöküb, müstəqilliyimiz isə sadəcə olaraq, sözdədir”.
Təbii ki, Tiqrana belə qəmginliyə qapılmamağı tövsiyə edən “Hayastan” parlament fraksiyasının deputatı Artur Qazinyan isə şəxsi “Facebook” səhifəsində Nikoldan İrəvanın mərkəzində parad keçirməsini tələb edir.
Onun fikrincə, bu gün bənizi solmuş erməni millətinin solğun ruhunu bərpa etmək, “vətən uğrunda ölən qəhrəmanların” işini davam etdirmək lazımdır. Maraqlıdır ki, Abramyan kimi, Qazinyanın da Nikola ünvanladıqları tək irad, baş nazirin səsləndirdiyi “rəngarəng” sözü ilə bağlıdır. Onlara görə, bu söz Nikolun keçirəcəyi bayram tədbirinə heç yaraşmır. Qazinyan hətta Nikola “ən qısa zamanda”, Ermənistanın özünə gəlib, güclənəndən sonra “rəngarəng” sözünü işlətməyi məsləhət görüb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB