Ukrayna qarşıdakı on ildə NATO üzvü ola bilməyəcək, çünki alyansın özündə Rusiyadan mənfi reaksiya verməkdən qorxan müxalifət var. Bu fikri çərşənbə axşamı Vaşinqton Atlantik Şurasında keçirilən video seminarda onun rəhbəri və Amerikanın Kiyevdəki keçmiş səfiri Con Herb bildirib.
“Düşünürəm ki, bununla bağlı sual yoxdur. Ukrayna yaxın 10 ildə, əlbəttə ki, NATO -ya üzv ola bilməyəcək Çünki bu gün ittifaq daxilində buna qarşı ciddi müqavimət var. Əslində bü müqvimət qorxu müqavimətidir. Yəni ittifaq rəhbərliyi Ukraynanı təşkilata qəbul etməklə Rusiyanı qıcıqlandırmaqdan qorxurlar. Düşünürəm ki, bu düşüncə xətti dəhşətlidir, amma siyasi reallıq belədir” .
Qeyd edim ki, bunlar ABŞ-ın Ukraynadakı keçmiş səfiri Con Herbə məxsusdur.
Onu da bildirək ki, bir müddət bundan əvvəl Amerika lideri ilə görüşən Vladimir Zelenski Ukraynanın NATO-ya daxil olma ehtimalı ilə bağlı ondan dəstək istəmişdi.
Bundan bir qədər əvvəl isə Ağ Evin mətbuat katibi Ceyn Psaki, Ukraynanın Şimali Atlantika Alyansının standartlarına uyğun gəlməsi üçün bir sıra şərtləri yerinə yetirməli olacağını bildirmişdi.
Ağasəf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB