Əfqanıstanın Herat şəhərində keçirilən nümayişlər zamanı 2 nəfər ölüb, 8 nəfər yaralanıb.
Bu barədə “Frans Press” agentliyi həkimlərə istinadən məlumat yayıb.
Hadisə ilə bağlı digər detallar hələlik açıqlanmayıb.
Qeyd edək ki, ötən gün “Taliban” hərəkatı Kabul və Heratda keçirilən nümayişlərin arxasında ölkədə vəziyyətin sabitləşməsinə qarşı olan qüvvələrin dayandığını bildirmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB