Bu gün Əfqanıstanla həmsərhəd olan Orta Asiya respublikaları, eləcə də qonşu Pakistan və İran, “Taliban”dan qaçan qaçqın axını səbəbiylə son dərəcə çətin vəziyyətə düşüblər. Bundan əlavə, hazırda Əfqanıstanda fiziki məhvlə üzləşə biləcək insanların mənəvi məsuliyyəti məsələsi də ortaya çıxmaqdadır deyə onlar ölkədən qaçmağa məcburdurlar. Amma hara?
Bəli, bu gün Əfqanıstanla bağlı vəziyyət hələ də gərgin olaraq qalır. Əfqanlar ölkədən qaçır, qonşu ölkələr də onları qəbul etmək istəmir. Maraqlıdır ki, Qərb də onlara, yəni qaçqın qəbul etmək istəməyən ölkələrə təzyiq göstərir. Təbii ki, Qərb özü 2015 -ci ildə bir milyondan çox suriyalı qaçqınlardan çəkdiyini cəkiblər deyə, indi “həmin xətanı” özlərinə yaxın buraxmaq istəmirlər.
Qeyd edək ki, bu günlərdə xarici KİV-lərin yazdığına görə, Avropa Birliyi əfqan qaçqınlarına sığınacaq verəcək qonşu ölkələrə 600 milyon avro ödəməyə hazır olduğunu bildirib. Yəni bayaq dediyim kimi, “alın bu pulu, amma xətanızı bizdən uzaq eləyin”.
Onu da bildirək ki, Qərb bu gün qaçqın qəbulunda ən “təcrübəli ölkə kimi” Türkiyəni görür. Və hətta Qərbin Ankaraya əfqan qaçqınlarını Avropaya buraxmamaq şərtilə bu ölkəyə əlavə pul təklif etdiyi barədə rəsmi olmayan xəbərlər dolaşmaqdadır. Amma unutmaq lazım deyil ki, bu gün Türkiyədə 3 milyondan artıq suriyalı qaçqın “lövbər” salaraq neçə müddətdən bəri oturmaqdadır.
Gizlətmək lazım deyil ki, bu gün Suriyanın bu hala gəlib viran qalmasında Amerika ilə yanaşı, elə Qərbin də az rolu olmayıb. İndi isə, onun məsuliyyətdən uzaq olmaq, yaxasını kənara çəkmək istəyi nə qədər doğrudur?
Qeyd edək ki, Avropa ilə Türkiyə qədər yaxından bağlı olmayan Orta Asiya respublikaları da hələ qaçqın qəbul etməyə tələsmirlər. Bəlkə də elə düz edirlər. Çünki taliblərdən qaçanların axını bu ölkələr üçün təkcə iqtisadi problemlər deyil, həm də radikallaşma və s. də gətirə bilər.
Bundan əlavə, Orta Asiya ölkələri, istər Özbəkistan, istər Tacikistan, istərsə də elə Türkmənistan hazırda iqtisadi problemlərdən xali də
deyillər. Bəlkə də elə buna görədir ki,bu ölkələr özlərini əsl terror təhlükəsindən və humanitar problemlərdən qorumaq üçün hələ də Qərbin hücumunu saxlamağa çalışırlar.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB