Ermənistanda “döyüşə qocalar gedir...”

..Bəs, necə olmalıdır, bizlərdə buna necə deyirlər: qonşu qonşuya baxar, lazım gəlsə, lap özün oda yaxar. Amma yox, əslində bu mənə rus yazarı İvan Andreeviç Krılov “dəcəl meymun, çolaq ayı, çəp keçi” misrası ilə başlayan təmsilini xatırlatdı.

...Beləliklə, Ermənistan hökumətinin qərarı ilə sentyabrın 15 -dən dekabrın 15 -dək ölkənin ehtiyatda olan erməni hərbi qulluqçuları üçün yeni hərbi təlimlər keçiriləcək. Təlimlərə qeydiyyatdan keçmiş əsgərlər, zabitlər və ehtiyatda olan zabitlər qatılacaqlar.

Maraqlıdır ki, erməni hökuməti burada da erməniliyindən qalmayıb, lazım gələrsə, hərbi hazırlıq iştirakçılarının döyüş növbətçiliyinə cəlb ediləcəklərini də bildirir.

Ermənilərin müdafiə nazirliyi keçirilən hərbi təlimin ehtiyatda olanların yenidən hazırlanması və bacarıqlarının artırılması məqsədi güddüyünü də bildirib.

Bundan əlavə, iştirak müddətində, fərqi yoxdur, əvvəllər fərarilik edənlar də daxil olmaqla bütün çağırışçılar əsgər sayılacaq, hərbçilərin bütün üstünlüklərindən istifadə edəcəklər.

..Hələ bu harasıdır, çağırışçı ermənilərin işlədikləri iş yerlərinin saxlanmasından əlavə, onlara rotasiyaya uyğun olaraq maaş da verəcəklər. Necə deyərlər, əla demək istədim, amma...

...Yəni Siz indi deyirsiz ki, Azərbaycanla Türkiyə sualtı hücum və sualtı müdafiə qruplarının iştirak etdiyi birgə təlim-məşqlər keçirə bilər, amma ermənilər durub “məlul-məlul” buna baxmalı və ya heç quruda da təlim keçirməməlidirlər? Heç elə şey ola bilməz...ruslar ermənilərə yeni silah- sursatı elə-belə verməyiblər ki.. Arada ermənilər də “parta-part” salıb öz “varlıqlarını” nümayiş etdirməlidirlər axı...

İndi çağırışçı ermənilərin əksəriyyətinin dəcəl meymun, çolaq ayı, çəp keçini xatırlatsa da belə...

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə