Latviyada prezident seçkiləri keçirilir

Latviyada prezident seçkiləri keçirilir

Bu gün Latviyada prezident seçkiləri keçirilir. SİA-nın xəbərinə görə, Latviya parlamentinin deputatları iki namizəd arasında seçim edəcək.

Prezidentlik uğrunda indiki dövlət başçısı Valdis Zatlers və keçmiş bankir Andris Berzinş mübarizə aparır. Növbəti 4 il ərzində prezidentlik hüququnu qazanmaq üçün namizədlərdən biri 100 deputatdan 51-nin səsini almalıdır. Əgər namizədlərdən hər hansı biri bu səsləri toplaya bilməsə, yeni seçkilər təşkil olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə