Nyu –Yorkdakı konsulluğun işçilərinin sayı 3 dəfə azalıb

Nyu –Yorkdakı konsulluğun işçilərinin sayı 3 dəfə azalıb

Rusiyanın Amerikadakı Baş konsul müavini Vyaçeslav Slavkin, ABŞ -ın "viza verməməsi" səbəbindən Rusiyanın Nyu -Yorkdakı Baş Konsulluğunun ölçüsünün "praktiki olaraq üç dəfə" azaldığını söyləyib.

SİA bu barədə xarici mətbuata istinad edir.

Slavkin, baş konsulluğun Rusiya Dövlət Dumasına keçiriləcək seçkilərlə bağlı işinin çoxalacağına nəzərə alaraq buna əvvəlcədən hazırlaşdıqlarını bildirib. Onun dediyinə görə hazırda konsulluq “heç bir problem görmür”. ABŞ səlahiyyətlilərinə seçkilərin keçirilməsi ilə əlaqədar təhlükəsizlik rejiminin təmin etməsi üçün məlumat verilib.

Xatırladaq ki, xarici işlər naziri Sergey Lavrov, səfirliklərin normal fəaliyyətini bərpa etmək üçün Moskva ilə Vaşinqton arasında gedən dialoqun "zaman işarəsi" olduğunu, ABŞ -ın viza məsələlərində ləyaqətsiz təzyiqlərə əl atmağa çalışdığını, bunun üçün bazarlıq etməyə çalışdığını söyləmişdi.

Ağasəf

Bütün xəbərlər Facebook səhifəmizdə