G7 Əfqanıstandakı vəziyyəti müzakirə edəcək

G7 Əfqanıstandakı vəziyyəti müzakirə edəcək

Yaponiyanın xarici işlər naziri Toshimitsu Moteqi, G-7 ölkələrinin gələn həftə xarici işlər nazirləri səviyyəsində bir görüş keçirməyi və Əfqanıstandakı vəziyyətlə əlaqədar problemləri müzakirə etməyi planlaşdırdıqlarını söyləyib.

SİA TASS-a istinadən xəbər verir ki, diplomat Yaponiyanın “NHK” telekanalının efirində deyib: “Gələn həftə Əfqanıstandakı vəziyyəti müzakirə etmək üçün G7 ölkələrinin xarici işlər nazirləri səviyyəsində görüş gözlənilir”.

Moteqinin sözlərinə görə, görüşdə Rusiya, Çin və digər ölkələrdən nazirlərin iştirakı gözlənilir. Onun sözlərinə görə, çünki Rusiya və Çinin vəziyyətə “müəyyən təsiri var”.

Yaponiyanın xarici işlər naziri, görüşün sentyabrın 8 -də baş tuta biləcəyini ehtimal edib.

Bir daha xatırladaq ki, avqust ayında “Taliban” ABŞ qoşunlarının və müttəfiqlərinin ölkədən çıxarılması fonunda Əfqanıstanda hakimiyyəti ələ keçirib.

Amma maraqlıdır ki, Rusiya Qərb ölkələrindən fərqli olaraq Kabildəki diplomatik missiyasını hələ də bağlamayıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə