Donbasla bağlı gizli qərarlar qəbul edilibmi?

Donbasla bağlı gizli qərarlar qəbul edilibmi?

Ötən gün Ukraynanın “Strana” nəşri ABŞ və Ukrayna prezidentləri arasında Donbasla bağlı “gizli qərarlar” qəbul edilə biləcəyni ehtimal kimi irəli sürüb. Qeyd edək ki, Cozef Bayden və Vladimir Zelenski arasında keçirilən görüş zamanı əlavə razılaşmaların olması fərziyyəsi, diplomatik dairələrdə nəşr olunan mənbələrdən alınan məlumatlara əsaslanır.

Belə ki, “Strana” nəşrində yer alan məqalədə deyilir ki, Amerika və Ukrayna tərəfləri görüşdən sonra Minsk razılaşmalarının mövzusunu qaldırmadılar. Maraqlı da olsa, nəşr bu sükutu “həyəcan verici bir işarə” kimi təqdim etməyə çalışır.

“…Ancaq bu işarə müxtəlif yollarla şərh edilə bilər. Əslində burada hələ ki, reklam edilmək istənilməyən bəzi gizli qərarların olması da şübhə doğurmur”.

Qeyd edilməlidir ki, Ukrayna nəşrində yer alan yazı müəllifi Qərb ölkələri nümayəndələrinin artıq bu barədə pıçıltıyla da olsa danışmağa başladöqlarını istisna etməyib.

Ağasəf

Bütün xəbərlər Facebook səhifəmizdə