Əfqanıstanda qadınları zorakılıqdan qorumaq üçün yaradılan sığınacaq mərkəzləri hakimiyyətə gələn “Taliban” tərəfindən bağlanır.
Bu barədə “The New York Times” nəşri məlumat yayıb.
Nəşrin yazdığına görə, taliblərin bir-birinin ardınca əyalətləri ələ keçirməsi xəbərini eşidən sığınacaq müdirlərinin əksəriyyəti artıq qaçaraq aradan çıxıb.
"Sığınacaq yerlərimiz, qadınların müdafiə mərkəzləri artıq yoxdur. Qadınlar üçün gördüyümüz işlərin çoxunun əvvəlki kimi edə biləcəyimiz ehtimalı yoxdur". Bildirim ki, bunu “Taliban”ın qorxusundan qaçan mərkəz rəhbərlərindən biri olan Sunita Vişvanat deyib.
Qeyd edək ki, elə bu gün də əfqanıstanlı qadınların yarısından çoxu fiziki, 17 faizdən çoxu isə cinsi istismara məruz qalırlar. Bundan əlavə, ölkənin kənd yerlərində namus cinayəti, uşaq evliliyi, gənc qızların köləliyə satılması halları hələ də davam edir.
Amerika nəşrində yer alan məqalədə o da qeyd olunur ki, son araşdırmalara görə, qadınların iş yerlərində və ictimai yerlərdə təcavüz edilməsi psixoloji istismar kimi daimi bir fenomendir.
Ağasəf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB