“Taliban” hələ də təxirə sala-sala gedir...

“Taliban” hələ də təxirə sala-sala gedir...

Deyəsən, bu xamır hələ çox su aparacaq, axı...

Beləliklə, “Taliban” hərəkatının nümayəndələri ölkədə quracaqları yeni Əfqanıstan hökumətinin tərkibinin açıqlanmasını yenidən gələn həftəyə qədər təxirə saldılar. Qeyd edək ki, taliblər sentyabrın 4 -ü üçün “quracaqları” yeni hökumətin tərkibini elan edəcəklərini bildirmişdilər.

Amma “Taliban” sözçüsü Zabuilla Mücahid ötən gün “The Times of India” qəzetinə verdiyi açıqlamasında “...yeni hökumət və kabinet nazirlərinin anonsu gələn həftə veriləcək”-deyə bildirib.

Əslində “Taliban” sözçüsü deməsə də, artıq qurulacaq yeni dövlətin tərkibi ilə bağlı bəzi məlumatlar sızmaqdadır. Məsələn, ötən gün Əfqanıstanın yeni hökumətinə Molla Əbdül Qani Baradarın rəhbərlik edə biləcəyi barədə xəbərlər yayılıb.

Bundan əlavə, hökumətdə rəhbər vəzifələr tuta biləcək namizədlər arasında “Taliban” qurucularından mərhum Molla Ömərin oğlu Molla Məhəmməd Yaqub və Şer Məhəmməd Abbasın da adı çəkilir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə