Ukrayna Baş nazirinin Avropa və Avroatlantik inteqrasiyası üzrə müavini Olqa Stefanişina Vaşinqtonun Donbasdakı münaqişənin həllində və Krımın “geri qaytarılmasında” iştirak edəcəyini bildirib:
“Təkliflərin detallarını açıqlaya bilmərəm. Amma təsdiq edə bilərəm ki, ABŞ əsas rolunu Donbasdakı münaqişənin həllində və Krımın qaytarılmasında görür. Ümid edirik ki, önümüzdəki aylarda bir sıra səfərlər olacaq, xarici işlər nazirləri, təhlükəsizlik müşavirləri səviyyəsində müzakirələr aparılacaq”.
Birləşmiş Ştatların münaqişənin həllindəki rolu ilə bağlı vizyonunu artıq həyata keçirməyə başladığını bildirən Stefanişina, bundan sonra bunların yalnız Normandiya formatında deyil, həm də ABŞ da daxil olmaqla daha geniş formatda müzakirə olunacağını bildirib.
Xatırladaq ki, daha əvvəl Ukrayna prezidenti Vladimir Zelenski amerikalı həmkarı Cozef Baydenlə görüşü zamanı Vaşinqtonu Donbasdakı münaqişənin həllinə cəlb etmək üçün bir neçə format təklif etdiyini bildirmişdi.
Xatırladaq ki, sonradan o, bunu “Ukrayna-24” telekanalının efirindən də elan etdi: “Donbass haqqında danışdıq. Prezidentlər səviyyəsində ABŞ nümayəndələrinin münaqişənin sülh yolu ilə həll edilməsi, Donbasdakı müharibə formatlarının həyata keçirilməsi üçün formatları təklif etdim”.
Zelenskinin sözlərinə görə, ABŞ onun təklifi barədə düşünəcəyinə söz verib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB