Azərbaycan Ordusunu güçlındirir, ermənilərsə...

Azərbaycan Ordusunu güçlındirir, ermənilərsə...

İnanın ki, bu ermənilər danışıb Nikolu daha da “aşağılamq” üçün artıq mövzu tapmırlar. Mövzu tapanlar da, boy sırası dayanıb döşəyirlər “məzlum” Nikolun qabırğasına. Yadınızda olar, ermənilərin bir siyasi strateqi var- Armen Badalyan…o gün qayıdıb deyir ki, guya “artsax” artıq Nikolu maraqlandırıb eləmir.

Burada erməni siyasi strateqə Nikolun başqa “müsbət əməllərini” xatırladanda da deyir ki, yenə də guya o bunu, sadəcə olaraq, hökumətin “Soros qanadı”nı qane etmək üçün edir.

Siz bu Armen Badalyandakı “qırmızılığa” bir baxın... daha sonra da deyir ki, Azərbaycan və Türkiyə 44 günlük müharibədən sonra vaxtaşırı birgə hərbi təlimlər keçirir, yeni növ silahlar alır, nə bilim daha nələr edir...

Amma...Nikol nə təlim keçirir, nə də ki, yeni bir silah alır. Aldığı da rusların sırımağa yer axtardıqları “metallomdur”.

İnanın adam beləsinə nəsə bir ad qoymaqda da çətinlik çəkir. Yox, yox...”naşükür” adı da buna yaramır.

Belə çıxır ki, bu gün Armen kimilərin “ağızları hələlik isti yerdədir”. Yoxsa, “naşükürlük” edib... “bu gün Ermənistan ordusunun ən yüksək zirvədə olduğunu görmürük” deməzdi. Bir də bu erməni strateqdən soruşan gərək, məgər erməni ordusu nə vaxtsa hansısa bir zirvədə olubmu? Axı, erməni ordusu “araba kölgəsində yatan köpək kimi” həmişə onun bunun, çox vaxt da elə rusun kölgəsinə sığınmyıbmı? İndi də rus kölgəsi “pisini vurub deyə” təzə “fransız kölgəsinə minnətçi düşməmisinizmi?”.

İndi sən təzə müdafiə naziriniz Arşak Karapetyanın özündən “qəhrəman” yaratmağa çalışdığını bildirirsın. Ermənistan sərhədini keçməyə çalışan Azərbaycan hərbçilərinin məhv edilməsini dair əmr etdiyini deyirsən. Sonra da bildirirsən ki, Azərbaycan həqiqətən ordusunu hərbi təlimlərlə gücləndirir, amma Ermənistan sadəcə olaraq piar edir, yəni başqa heç nə yoxdur.

Yeri gəlmişkən xatırladım ki, sentyabrın 12-nə qədər davam edəcək Türkiyə-Azərbaycan birgə təlimləri Bakıda başlayıb. Təlimlər iki ölkənin ordu hissələrinin hərbi əməliyyatlar zamanı qarşılıqlı fəaliyyətini yaxşılaşdırmaq məqsədi daşıyır. Ona görə də, ermənilərin bu təlimlərdən qorxmaq üçün heç bir əsas yoxdur.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə