Ermənistanın Şirak inzibati rayonunun Bavra kəndindən 13 km şimal-şərqdə 4-5 bal gücündə zəlzələ baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, yerli vaxtla saat 14:29-da 41.18 43 şimal eni, 43.94 şərq uzunluğunda, Ermənistan-Gürcüstan sərhəd bölgəsində, 3.3 bal gücündə zəlzələ olub.
Ermənistan Respublikası Fövqəladə Hallar Nazirliyi zəlzələnin episentrində 4-5 bal gücündə olduğunu bildirib.
Qeyd edək ki, zəlzələ Ermənistan Respublikası ərazisində hiss edilib.
Müəllif: Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB