Ersin Tatar Türkiyəyə səfər edib

Ersin Tatar Türkiyəyə səfər edib

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar bu gün Türkiyəyə səfər edib. SİA xəbər verir ki, Ersin Tatar 3-7 sentyabrda Ankara, Konya və Kütahyada düzənlənəcək tədbirlərə qatılacaq. Səfər çərçivəsində dövlət başçısı Kipr qaziləri və QHT təmsilçiləri ilə bir araya gələcək, Kipr məsələsi ilə bağlı konfransda iştirak edəcək.

Şimali Kipr Türk Cümhuriyyətinin Bakıdakı Nümayəndəliyindən verilən məlumata görə, Ersin Tatar Ankaraya gəlişindən sonra Kastamonuya hərəkət edəcək və sel fəlakətinin yaşandığı bölgəni ziyarət edəcək, yerli əhali ilə görüşəcək.

Prezident Tatar sentyabrın 4-də Ankarada Türk Vəkillər Birliyi Birliyinin təqdim edəcəyi brifinqinə qatılacaq və Kipr mövzusunda açıqlamalar verəcək.

Sentyabrın 5-də Kütahyada keçiriləcək tədbirlərə qatılan Tatar, qeyri-hökumət təşkilatlarının nümayəndələri və iş adamları ilə bir araya gələcək, yerli qəzetlər və telekanallar üçün Kiprlə bağlı son prosesləri dəyərləndirəcək.

Şimali KiprTürk Cümhuriyyətinin Prezidenti sentyabrın 8-də ölkəsinə dönəcək.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə