Züqanov: "Planetimizdəki ilk kommunist İsa Məsihdir" - ŞOK VİDEO
Rusiya Federasiyası Kommunist Partiyasının (KPRF) sədri Gennadi Züqanov Radio KP-yə müsahibəsində maraqlı "fakt"ları ilə gündəmə gəlib. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, kommunistlərin lideri İsa Məsihin planetimizdəki ilk kommunist olduğunu söyləyib.
"Yeni xronologiyada planetdəki ilk kommunist İsa Məsih idi. İsa Dağı üzərində xütbəni və kommunizmin əxlaq kodeksini yan-yana qoyun. İnsan təəccübünü gizlədə bilmir. İnanmırsınızsa Müqəddəs Kitabı oxuyun, öyrənin, o zaman çox şeyi başa düşəcəksiniz", deyə Züqanov bildirib.
Züqanov maraqlı oxşarlıq tapdığını iddia edib: "Kommunizmin məşhur şüarı var idi, "işləməyən, dişləməz", bu, apostol Pavelin saloniklilərə yazdığı məktubda da qeyd edilib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB