Serjikin “unutduğu” məqamlar...

“...və mən də varam, prinsipinə sadiqlik nümayiş etdirən Ermənistanın üçüncü prezidenti Serjik Sarkisyan “artsaxa” “müstəqilliyini elan etməsinin 30-cu ildönümü münasibətilə” təbrik göndərib. Deyim ki, Serjik özü şəxsən getməyə imkan tapmasa da, amma “dəyərli məsləhətlərini” ermənilərə göndərməyi özünə mənəvi borc bilib.

Onu da deyim ki, bu əl boyda təbrik məktubunda Serjikin ermənilərə ünvanladığı mesajlar, deyim ki, gələcəkdə onların “fəaliyyət proqramı” kimi də qəbul edilə bilər. Doğrudan da, çox dəyərli məsləhətlərdir. Beləliklə, Serjik ilk əvvəl deyir ki, əgər o vaxtilə ermənilərin prezidenti olmasaydı, bu gün Qarabağda bir erməni belə qalmamışdı. Guya bu gün “artsaxda” qalan ermənilər Serjikə minnətdar olmalıdırlar. Amma deyim ki. adamın Allahı var, sabiq prezident Nikolla olan son ixtilafını xatırlatmasa da, buna baxmayaraq, 2020 -ci ildə Qarabağa qarşı yeni müharibə və 9 noyabr 2020 -ci ildə Nikol Paşinyan tərəfindən gizli şəkildə imzalanan təslim aktının təkcə Qarabağı yox, həm də Ermənistanı “yeni bir təhlükənin qarşısına qoyduğunu” gizlətməyib.

Belə ki, Serjik Nikolu nəqliyyat əlaqələrinin və dinc inkişafın qarşısını almaq vədləri ilə xalqın sayıqlığını söndürməkdə, öz gücündə və qabiliyyətində qorxu və qeyri -müəyyənlik yaratnaqda, və iki erməni respublikasını yeni fəlakətlərə aparmaqda ittiham edir. Əslində, Serjik burada özündən razı halda Nikolu tənqid edib, amma çox üzə vurmasa da, o “iki erməni respublikası” deməklə özü də bu “iki respublikaların birlikdə heçə dəymədiyini yaxşı anlayır.

Amma neyləyəsən, bu dəqiqə ermənilər arasında məsləhət verib arada bir “ittiham etmək” yaman moda minib. Təbii ki, Serjik Sarkisyan da öz erməni hüququndan istifadə etməlidir axı...

Maraqlıdır ki, Serjik 44 günlük müharibədə nəğlub olmalarını da elə belə qəbul etmək istəmir. Dediyindən belə başa düşülür ki, əgər o vaxt ermənilər Nikolla debatda onu yox, Nikolu səhnədən qovsaydılar, təbii ki, bütün bunlar yaşanmazdı. Amma, insafla desək, Serjik bu dəfə 2016-ğı ilin Aprel döyüşlərindən özünə sərf eləmir deyə, bir kəlmə də danışmır. Çünki, o danışacağı təqdirdə bütün yarıtmazlıqlarının üstünün açılacağından ehtiyatlanır.

Amma buna baxmayaraq, Serjik ehtiytla da olsa danışır, Nikolu 44 günlük müharibədə ermənilərdə olan “azadlıq hissini” oyada bilməməkdə ittiham edir. Nikolu, özündən fərqli olaraq, ləyaqətli bir hökumət, peşəkar diplomatiya və güclü ordu yarada bilməməkdə günahkar sayır...

Buna baxmayaraq, Serjik bir şeyi, Aprel döyüşlərində elə özünün də “erməni azadlıq hissini” oyada bilmədiyi üçün ruslara minnətçi düşüb yalmandığını, onlardan Azərbaycan Ordusunun hücumunun saxlatdırmaq üçün imdad dilədiyini unudur.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə