Türkiyədə FETÖ əməliyyatı

İzmir Təhlükəsizlik Müdirliyi Terrorla Mübarizə və Kəşfiyyat Şöbə Müdirliyinin koordinasiyası altında FETÖ-ya qarşı əməliyyat keçirilib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, polisə yaxalanmamaq üçün Gaybubet evlərində qalan 17 şübhəli nəzarətə alınıb. Evlərdə edilən axtarışlarda cəmi 126 min lirə xarici valyuta və türk lirəsi ələ keçirilib.

Prokurorluq tərəfindən 12-si qadın olmaqla ümumilikdə 26 şübhəli barəsində həbs qətimkan tədbiri seçilib.

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə