Yaponiya Əfqanıstan üzrə müvəqqəti missiyasını Dohaya köçürür

Yaponiya Əfqanıstan üzrə müvəqqəti missiyasını Dohaya köçürür

Yaponiyanın Xarici İşlər Nazirliyi (XİN) Əfqanıstanda işini dayandırmış diplomatik missiyasını müvəqqəti olaraq fəaliyyət göstərdiyi İstanbuldan Dohaya (Qətər) köçürmək qərarına gəlib. SİA xəbər verir ki, bu barədə Yaponiya XİN məlumat yayıb.

Xatırladaq ki, rəsmi Tokio daha əvvəl Kabildəki diplomatik missiyasını müvəqqəti olaraq bağlayıb, səfirliyin bütün işçiləri Dubaya təxliyə edilib, İstanbulda müvəqqəti nümayəndəlik açılıb. Yaponiya XİN Qətərdəki diplomatik nümayəndəliyi vasitəsi ilə hələ də Əfqanıstanda qalan ölkə vətəndaşlarının təxliyəsi üçün “Taliban” hərəkatı ilə dialoq qurmaq niyyətindədir.

Bütün xəbərlər Facebook səhifəmizdə