“KTMT Əfqanıstana ordu göndərməyəcək”

“KTMT Əfqanıstana ordu göndərməyəcək”

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Əfqanıstana ordu göndərmək niyyətində deyil, bu barədə KTMT baş katibi Stanislav Zas “Mir 24” telekanalının efirindən bildirib.

Onun sözlərinə görə, bununla bağlı narahatçılığa heç bir əsas yoxdur: “Əfqanıstanda vəziyyət daha da pisləşir. Fəlakətli olduğunu deməyəcəyəm, yox, amma oradakı vəziyyət təbii ki, çox ciddi narahatlıqlar yaradır. Tacikistan-Əfqanıstan sərhədinin təhlükəsizliyinin təmin edilməsinə gəlincə, dəqiq olaraq Tacikistana yardım göstərilməsinin zəruriliyi barədə aydın fikir var”.

Hazırda Tacikistan-Əfqanıstan sərhədini gücləndirmək üçün KTMT-nin dövlətlərarası hədəf proqramı hazırladıqlarını bildirən, Zas bir daha KTMT-nin yalnız müdafiə xarakterli hərbi-siyasi təşkilat olduğunu xatırladıb.

“KTMT yalnız məsuliyyət zonasında kollektiv müdafiə qüvvələrindən istifadə edə bilər”.

Deyim ki, buna da KTMT baş katibi Stanislav Zas bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə