...Ara, Nikolun təzə təyin elədiyi özü kimi bivec məmurlar, artıq biz ermənilərin əsəbi ilə oynamağa başlayıblar. Ara, bu gün bizi axmaq yerinə qoyan Ermənistan hakimiyyəti uğursuzluqlarını, səhv hesablamalarını və məğlubiyyətlərini qələbə kimi təqdim etməyə çalışdıqları zaman çox gülməli görünürlər. Yadınızda olar də...vaxtilə bizim o müdafiə nazirliyində yekəpərin biri vardı ey... Arsurun Hovannisyan. Zalımın gədəsi yalanı elə danışırdı ki, sonradan özünün də dediyinə görə, özü də az qala yalanlarına inanmaq istəyirmiş. O vaxt, 44 günlük müharibə zamanı “taktiki geriçəkilmə” deyə-deyə özü ilə birgə “məğlubedilməz erməni ordusunu” da az qalmışdı gətirib İrəvana çıxarmışdı. Amma erməni xalqı vaxtında duyuq düşdü. Arsuruna erməni millətinə xas olmayan “yalançı” ayəməsi vuraraq, onu nazirlikdən qovdu.
Deyəsən, indi də “ermənilərin əsəbi ilə oynamaq istəyən” yeni birisi peyda olub: Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan.
Deməli, ötən günlərin birində Armen erməni xalqının əsəbi ilə oynamaq istəyərək deyib ki, guya bizim Rusiya ilə strateji müttəfiq münasibətlərimiz və eyni zamanda müxtəlif strukturlar çərçivəsində dostluq əlaqələrimiz var. Armenə görə, KTMT çərçivəsində biz həm Ermənistanın, həm də Avrasiya İqtisadi Birliyi və ATƏT-in maraqlarını təbliğ etməyə çalışırıq.
Ara, beləsinə nə deyəsən? Bu gün ermənilər rusların əlindən “zəncir çeynəyir”, bu isə ruslar bir yana, hələ bir onların ermənilər üçün artıq “yararsız” hala gəlmiş qurumlarını da tərifləyir. Gördük də, KTMT-nin etibarını. O vaxt 44 günlük müharibədə, erməni oğulları öləndə Putin qoşun göndərib, azərbaycanlıları vurmaq əvəzinə, Paşinyana zəng vurdu. Deyilənə görə, nikola çımxıraraq, təcili olaraq döyüşləri dayandırmaq əmri verib.
Bunu yəqin Armen Qriqoryan da eşitməmiş olmaz. Amma buna baxmayaraq, o hələ bir utanmadan, Rusiya ilə strateji əlaqələrdən danışır? Armenin Kremlin İrəvandakı “məxməri inqilab”dan sonra Nikolu hansı “gözümşıxdıya” salmasından da xəbərsiz olmaz.
İndi, onun dediyi ilə deyil axı. Armenə xatırladaq ki, onun təbliğ etdiyi rus təşkilatlarına daxil olan ölkələr, təbii ki, Ermənistan istisna olmaqla, hamısı orada öz maraqlarını təbliğ edirlər. Bu təşkilatlarda təmsil olunan dövlətlərin heç biri Azərbaycan “müqəddəs erməni torpaqlarına” “həmlə edəndə” Ermənistana yardım etmədilər. Onların heç biri köhnə prezidentimiz Serjik Sarkisyan demiş dəstəyi götürüb Ermənistana zəng çalmadı. Hələ bir üstəlik, Qazaxıstan, Belarus kimi “bizə yaxın ölkələr” Azərbaycan rəhbərini qələbə münasibətilə açıq şəkildə təbrik də etdilər.
Burada Qriqoryana anlatmaq gərək ki, bunların hamısı sənin də təmsil olunduğun hazırkı erməni hökumətinin xarici siyasətdəki uğursuzluqlarıdır. İndi sənin özünü əsl siyasətçi yerinə qoyub, rusları, onların yaratdıqları saxta təşkilatları təbliğ etməyinin heç bir mənası yoxdur. Çünki biz ermənilər artıq sənin dediyin kimi, Ermənistanın hələ də başqaları ilə hansısa müttəfiq və ya dost münasibətləri olduğunu söyləməsinə inanacaq axmaqlar deyilik
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB